Icma.az
close
up
RU
İlkin ana südü (ağuz südü)

İlkin ana südü (ağuz südü)

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlkin ana südü ("ağuz südü", "molozivo") ananın süd vəzilərindən uşaq dünyaya gəldikdən dərhal sonra bir neçə gün ərzində ifraz olunan süddür.

İlkin ana südü uşaq doğulduqdan 3-5 gündən sonra yetkin ana südü ilə əvəz olunur.

İlkin süd adi südə məxsus olan rəngdə olmur. Onun rəngi daha çox parlaq-sarı, hətta narıncı olur (yetkin ana südü göyümtül rəngdədir). İlkin süd yetkin ana südü ilə müqayisədə daha qatı olur və onun tərkibindəki qida və digər faydalı maddələrinin miqdarı daha çox olur.

İlkin süd immun hüceyrələri ilə (leykositlər, anticisimlər) çox zəngindir. Məhz buna görə həkimlər ilkin südü uşağın aldığı ilkin peyvənd kimi də dəyərləndirirlər. İlkin südün zəngin olduğu A sinfi immunoqlobulinləri uşaq orqanizmində infeksiyaların asanlıqla daxil ola biləcəyi ən zəif yerlərin - əsnəyin, udlağın, ağ ciyərlərin, mədə-bağırsaq traktının selikli qişalarını onların zərərli təsirindən qoruyur.

İlkin südün həcmi adətən çox olmur. Doğuşdan bilavasitə sonra, körpə ananın döş giləsini ilk dəfə əmərkən təxminən 1 çay qaşığı həcmində ilkin süd sorur. Bu, isə onun orqanizmində təhlükəli infeksiyaların inkişaf etməsi təhlükəsinin azaldılması üçün kifayət edir.

Ağuz südü həmçinin müxtəlif oliqosaxaridlərlə də (onların digər adı “prebiotiklərdir”) çox zəngin olur. Prebiotiklər isə xeyirli bağırsaq mikroflorası üçün qida mənbəyi rolunu oynayır və onların sayının artmasına köməklik edir. Xeyirli bağırsaq mikroflorası isə öz növbəsində, bir tərəfdən, uşağın bağırsaqlarını müxtəlif infeksiyaların zərərli təsirindən qoruyur, digər tərəfdən isə, uşaq orqanizmi tərəfindən xeyirli qida maddələrinin - vitaminlərin və mineralların mənimsənilməsində iştirak edir.

İlkin süd körpənin həzm sisteminin selikli qişasını sanki qoruyucu "pərdə" ilə örtərək, onu, yetkin ana südü ilə əmizdirilməyə və qəbul edilən südün mənilsənilməsinə hazırlayır.

Bəzi vitaminlərin səviyyəsinə görə (A, E) ilkin süd, yetkin ana südünə nisbətən, daha zəngin olur.

Bütün bu deyilənlərdən başqa, ilkin süd yüngül işlədici təsirə də malikdir. Bunun müsbət təsiri sayəsində uşağın bağırsağı tez bir zamanda mekonidən (doğuşa qədər uşağın bağırsağında toplanmış olan nəcis) təmizlənir. Bu zaman uşağın bağırsağı artıq bilirubindən də azad olur ki, bu da körpədə patoloji sarılığın yaranmasının qarşısını alır. Məhz buna görədir ki, həkimlər, sarılığı olan uşaqları daha tez-tez əmizdirməyi məsləhət görürlər. Ana südü, bütün dərmanlarla müqayisədə sarılıq ilə daha yaxşı mübarizə aparır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri