Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

İlkin hərbi qeydiyyatla bağlı yeni cərimələr təsirli oldu? AÇIQLAMA

İlkin hərbi qeydiyyatla bağlı yeni cərimələr təsirli oldu? AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklifi çərçivəsində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəb olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləği 30 manatdan 100 manata çatdırılıb.

Qanuna dəyişiklik artıq bir müddətdir ki, qüvvəyə minib. Cərimənin artırılmasının bu sahədə intizamın təmin edilməsində nə qədər təsirli rol oynadığı maraqlı nüansdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycan gənclərinin bu cərimə ilə üzləşəcəyinə şahidlik edilməyəcək:

“İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bütün cərimələr məzmunundan göründüyü kimi intizamın, məsuliyyətin artırılması üçündür. Müxtəlif sahələrdə bu cərimələr müəyyən nəticələrə səbəb ola bilər. Ancaq bütün hallarda bunlar ictimai məsuliyyət baxımından vacibdir. Hərbi çağırışla bağlı məsələlərə gəldikdə isə mənə elə gəlir ki, Azərbaycan gənclərində vətənpərvərlik o qədər yüksək səviyyədədir ki, heç bir halda biz hansısa gəncin bu cür cərimələrlə üzləşəcəyinə şahidlik etməyəcəyik”.

Deputat vurğulayıb ki, ictimai münasibətlər baxımından cərimələrin tətbiqinin çox məhdud olacağına şahidlik edəcəyik:

“Əlbəttə, müəyyən istisnalar ola bilər. Amma bütün hallarda Azərbaycan gəncliyinin vətənsevərliyi, cəmiyyət və dövlət qarşısında məsuliyyət hissləri çox yüksək olduğu üçün hər hansı inzibatı cəzanın tətbiqinə ehtiyac yaranmayacaq. Bu qanunvericilik yaradıcılığının tələbi olsa da, bir o qədər də ictimai münasibətlər baxımından onun tətbiqinin çox məhdud olacağına şahidlik edəcəyik”.

Hərbi ekspert İbrahim Rüstəmli isə hazırda ilkin tibbi hərbi qeydiyyatla bağlı proseslərdə Xətai rayonu üzrə iştirak etdiyini və valideynlərin bəzilərinin həddindən çox ciddi problemlər yaratdıqlarını diqqətə çatdırıb:

“Təsəvvür edin ki, valideyndən övladının müəyyən sənədlərini gətirib təqdim etməsini xahiş edirik, o isə "bu mənim maraq dairəmdə deyil" deyir. Onun diqqətinə çatdırırıq ki, bu sizin maraqlarınızda olmasa da, dövlətin maraqları daxilindədir. Buna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi nəzarət edir. Bu uşaqların qeydiyyata götürülməsi ordunun gələcəkdə komplektləşdirilməsi üçün əsas baza rolunu oynayır. Gələcək proqnozları biz qeydiyyata salınmış uşaqların sayı əsasında veririk. Bu çox önəmli dövlət tədbiridir. Bəzi valideynlər bu məsələyə barmaqarası münasibət göstərirlər”.

İ.Rüstəmli qeyd edib ki, cərimələrin tətbiqi  bu sahədə müəyyən irəliləyişlərə səbəb olub:

“Əslində, mən cərimələrin əleyhinəyəm. Amma məni də valideynlər incidirlər. Hər kəs öz işini vaxtında görsə, rahat olar. İndi prosesi də bir az təkmilləşdiriblər. Buna baxmayaraq, bəzi valideynlər bilirsiniz adama necə sözlər deyirlər? İzah edirəm ki, onun övladı ilkin tibbi hərbi qeydiyyatdan keçməsə, ağ bilet almayacaq. Ağ bilet almayanda da pasportunu, vəsiqəsini dəyişə, sabah ali məktəbə sənəd verə bilməyəcək. İzah edəndə çətinliklə də olsa, başa sala bilirik”.

Hərbi ekspert cərimələrin birdən-birə fantastik şəkildə qaldırılmasının düzgün olmadığını düşünür:

“Bu gün ağ bileti itirməyə görə cərimə 200 manatdır. Mən cərimələrin fantastik şəkildə artırılmasını məqbul saymıram. Amma cərimələrin təsiri var. Mənim universitetdə bir müəllimim vardı, deyirdi ki, biz üç şeydən-prokuror, polis və puldan qorxuruq. Bütün qanunlarda humanizm prinsipləri əsas götürülməlidir. Cərimə 30 manat idi, bunu 50 manat elə. Məsələn, əvvəllər, ağ bilet itəndə təmannassız yenidən yazıb verirdik, bu kütləvi hal almırdı ki. Fantastik cəhətdən cərimənin 200 manata qaldırılması düzgün deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri