Icma.az
close
up
RU
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi Video

İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi Video

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı İlkin Həsəni iyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə keçirilən UFC turnirində şahidi olduğu xoşagəlməz hadisədən danışıb.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq bəzi tanınmış idmançıların zalda başqalarının yerində əyləşdiyini bildirib:

"Tədbirə baxırdıq, qarşımızdakı sırada tanınmış idmançılar əyləşmişdi. Aralarında hətta Olimpiya çempionu da var idi. Adını çəkməyəcəyəm, amma çox hörmət etdiyim bir insandır. Onlar kiminsə yerində əyləşmişdilər. Tədbir başladıqdam 30 dəqiqə sonra 14-15 yaşlı yeniyetmələr əllərində biletlə gəldilər və idmaçılara dedilər ki, "Bura bizim yerimizdir, əyləşmək istəyirik". O idmançılardan biri çox kobud şəkildə əlini yuxarı qaldırdı və dedi ki, "Gedin yuxarıda harada istəyirsinizsə, əyləşin. Nə qədər boş yer var". Sonra sol tərəfdəki sektoru göstərdilər və uşaqlar gedib orada əyləşdilər. Bir az keçdikdən sonra həmin yerin sahibləri də gəldi və uşaqlar çıxıb getdilər. Bir müddət sonra isə təhlükəsizlik əməkdaşları həmin yeniyetmələrlə birlikdə idmançılara yaxınlaşdılar və dedilər ki, uşaqların valideynləri zəng ediblər ki, onlar öz yerlərində oturmalıdırlar. Təsəvvür edin ki, həmin idmançılar ayağa durdular və uşaqlara nifrətlə baxa-baxa oranı tərk etdilər. 

Sözümün canı ondadır ki, hörmətli tanınmışlar, idmançılar, publik şəxslər, sizə hörmət edirik, bayrağımızı qaldırırsınız, sizinlə fəxr edirik. Amma inanın ki, yollarda, marketdə, hava limanı kimi növbə olan yerlərdə sıra mədəniyyəti pozularsa, bu tip böyük tədbirlərdə başqasının yerində oturub və "Get başqa yerdə əyləş" deməklə, həmin o qazandığınız hörmət bir saniyə içində yox olur. Bütün tanınmışlara da demək istəyirəm ki, kənardan bax belə gülünc görünürsünüz. Bunu nəzərə alın".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://axsam.az
archiveBu xəbər 23 İyun 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri