İlkin Muradov: İki azərbaycanlının əcnəbi klubda birgə çıxış etməsi maraqlı haldır
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"İki azərbaycanlı futbolçunun əcnəbi klubda birgə çıxış etməsi maraqlı haldır".
İdman.biz xəbər verir ki, bunu "Report"a Qırğızıstanın “Abdış-Ata” klubuna transfer olunan azərbaycanlı oyunçu İlkin Muradov deyib.
O, son ölkə çempionuna transferinin karyerası üçün faydalı olacağını bildirib: "Azərbaycanda Premyer Liqa başa çatanda Qırğızıstan çempionatında mövsümün ilk yarısı hələ bitməmişdi. “Abdış-Ata” klubuna transferimlə bağlı variant yaranmışdı. Sadəcə, mövsümün birinci yarısının başa çatmasını gözləyirdik ki, danışıqlara başlayaq. Başqa ölkədə çıxış etmək fürsətini əldən vermək istəmədim. Komanda yüksək yerlər uğrunda mübarizə aparır. “Abdış-Ata” son ölkə çempionudur. Düzünü bilmək istəyirsinizsə, Mirabdulla Abbasovun transferindən sonradan xəbərim oldu. Əvvəlcədən bilmirdim. Qırğızıstana getdikdən sonra detalları tam öyrəndim. İki azərbaycanlı futbolçunun əcnəbi klubda birgə çıxış etməsi maraqlı haldır".
Qeyd edək ki, “Abdış-Ata” daha əvvəl digər azərbaycanlı futbolçu Mirabdulla Abbasovu heyətinə qatıb. Komanda hazırda Qırğızıstan çempionatında 25 xalla beşinci sırada qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















