Icma.az
close
up
RU
İlkin nəticələr AZAL təyyarəsinin vurulduğunu TƏSDİQLƏYİR İlham Əmirov

İlkin nəticələr AZAL təyyarəsinin vurulduğunu TƏSDİQLƏYİR İlham Əmirov

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib.

News24.az xəbər verir ki, bunu “Report”un Qərb bürosuna açıqlamasında avqustun 8-də Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib.

O, H.Əliyeva ilə yanaşı, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib:

“Bu gün özü olmadan doğum gününü qeyd etdiyimiz Milli Qəhrəman Hökümə Əliyeva, həqiqətən, böyük qəhrəmanlıq göstərib. AZAL-a məxsus sərnişin təyyarəsinin havada ciddi zərər görməyinə baxmayaraq, uçuş heyəti böyük fədakarlıq göstərərək mümkün qədər az itki ilə təyyarəni idarə edə biliblər.

İdarəetməsi çətinləşən təyyarəni 1 saat 10 dəqiqə havada saxlamaq böyük peşəkarlıq tələb edir. Ona görə də heyət üzvlərinin qəhrəmanlığı qeyd olunmalıdır.

Həmin təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat davam edir. Lakin təhqiqatı aparan komissiyanın ilkin nəticələri təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib”.

Qeyd edək ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Avqust 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri