Icma.az
close
up
RU
İlkin Qırtımov: Hər şeyi Adil müəllimin üstünə atmaq düz deyil

İlkin Qırtımov: Hər şeyi Adil müəllimin üstünə atmaq düz deyil

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Kəpəz"in sabiq futbolçusu İlkin Qırtımovun Sport24.az-a müsahibəsi.
- "Zaqatala"ya keçidin baş tutacaq?
- Bəli, yəqin ki, yeni mövsümə "Zaqatala"nın formasını geyinəcəm. Düzdü, hələ rəsmi müqavilə imzalamamışam. Amma böyük ehtimalla, doğma rayonumun komandasının şərəfini qoruyacam. 
- Yəqin ki, rəhbərlik və ya baş məşqçi ilə yeni mövsümdə komandanın qarşısına qoyulan məqsəd barədə söhbətin olub... 
- Əlimizdən gələn qədər yuxarı pillələr uğrunda mübarizə aparacayıq. Bu nə qədər alınaca onu zaman göstərəcək. Hər bir komanda kimi biz də uğurlu çıxış etmək istəyirik.
- İlk dəfə Birinci Liqa klubunda çıxış edəcəksən. Çətin olmayacaq?
- Xeyr, çətin olacağını düşünmürəm. Əvəzedici komandaların çempionatında oynayıb, çətin vaxtlar görmüşəm. Düzdür, nələrsə yad gələ bilər, amma inanmıram çətinlik olsun.
- "Kəpəz"də qalmamağına nə səbəb oldu?
- Bunun nə klub rəhbərliyi, nə də baş məşqçi ilə əlaqəsi var. Sağ olsun, İlqar və Adil müəllim qalmağımı istəyirdilər. Bəzi nüanslara görə, özüm istədim ki, "Zaqatala"ya, öz rayonuma gəlim.
- Sabiq komandan "Kəpəz" mövsümə uğursuz start verib. Səncə, uğursuzluğun səbəbi nədir?
- Hamı istəyər ki, çempionata uğurlu start versin. Mövsümlərarası fasilədə "Kəpəz"in heyəti çox dəyişdi. Yeni komandanın formalaşmasına, futbolçuların bir-birini anlamasına isə vaxt lazımdır. Hər şeyi Adil müəllimin üstünə atmaq düz deyil. Komanda baş məşqçi və meydana çıxan 11 nəfərdən ibarət deyil ki... Baş məşqçi bəzi futbolçuları düşərgəyə gətirmək istəyirdi. Şükürovun istədiklərinin bəziləri gəlmədi, gələnlər isə kollektivə gec qoşuldu. Gəncəli azarkeşlər tələbkardır. Özüm orda oynamışam, ab-havadan xəbərdaram. Yenə deyirəm, bir az vaxt lazımdır. İnşallah, hər şey yaxşı olacaq.
- Qarşıdakı günlərdə millini İslandiya və Ukrayna ilə oyunlar gözləyir. Yığma komandadan gözləntilərin?
- İlk növbədə millimizə uğurlar arzu edirəm. Legioner limitinin ləğvi futbolumuza mənfi təsir edir. Hər iki yığma ilə oyun çətin olacaq. Ümid edirəm ki, millimiz üzümüzü güldürəcək. Yığmamızdan yaxşı oyun və uğurlu nəticə gözləyirəm. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://sport24.az
archiveBu xəbər 31 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri