Icma.az
close
up
RU
İlkin Qırtımov: Üç xal əldə edən tərəf psixoloji üstünlük qazanacaq

İlkin Qırtımov: Üç xal əldə edən tərəf psixoloji üstünlük qazanacaq

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Komanda olaraq meydana çıxan və ehtiyatda qalan hər futbolçu qalibiyyətə inanırdı". Bunu Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu İlkin Qırtımov deyib.


34 yaşlı müdafiəçi "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur matçı ilə bağlı fikirlərini bölüşüb:
"Üç xal üçün Tovuza getmişdik. Hesaba baxmayaraq rahat qələbə qazandığımızı deyə bilmərəm. Qarşılaşma son dəqiqələrə kimi gərgin keçdi".

Gəncə təmsilçisi hazırda çempionatda 14 xalla 9-cu pillədə qərarlaşıb. 10-cu sıradakı "Səbail"in 12 xalı var.

Qırtımov XX turda "dənizçilər"ə qarşı keçirəcəkləri matç haqqında da danışıb:

"Səbail"lə görüşdən əvvəl belə döyüşkən oyunla qalib gəlməyimiz çox yaxşı oldu. Kollektivin özünə inamı baxımından Bakıdakı qarşılaşma da bizim üçün önəmlidir. Hamımız bunu dərk edirik. Lakin mənim fikrimcə, bu oyun turnir cədvəlindəki mövqe baxımından həlledici olmayacaq. Çünki Premyer Liqanın III dövrəsi hələ yeni başlayıb və qarşıdakı çoxlu matçlarımız var. Təbii ki, üç xal əldə edən tərəf psixoloji üstünlük qazanacaq".
Ötən ilin iyulunda "sarı-göylər"ə keçən futbolçu noyabrda dizindən əməliyyat olduğu üçün bir müddət komandasına kömək edə bilməyib.

Müdafiəçi tezliklə yaşıl meydanlara qayıtmaq istədiyini söyləyib:

"Əməliyyatdan sonra məşqlərə başlamışam. "Turan Tovuz"la görüşdə ehtiyatda idim. Tezliklə tam bərpa olunmağa və komandama kömək etməyə çalışıram".

Qeyd edək ki, yanvarın 25-də keçiriləcək "Səbail" - "Kəpəz" oyunu saat 16:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri