İlkin Qırtımov: Ürəyi Kəpəzlə döyünən bütün azarkeşlərimizə minnətdaram
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır". Sport24.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu İlkin Qırtımov klubun mətbuat xidmətinə deyib.
Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib: "Davamlı müayinə olunuram. İlk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm".
Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib: "Ürəyi "Kəpəz"lə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olub, "Kəpəz"ə təcrübəmlə kömək edim".
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının 15-ci turunda dekabrın 8-də "Zirə"ni qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 06 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















