Icma.az
close
up
RU
İlklərlə yadda qalan sürpriz

İlklərlə yadda qalan sürpriz

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İmişli” Premyer Liqanın III turunda “Sabah”a qalib gəlib – 1:0. Bu, debütantın çempionatda ilk qələbəsi kimi tarixə düşüb.

Bundan əvvəl “Turan Tovuz”a son dəqiqə qolu ilə uduzan (0:1) və “Neftçi” ilə qolsuz heç-heçə edən bölgə təmsilçisinin “Sabah”la görüşdə qələbəsi sürpriz oldu. Kaskilyanın rəhbərlik etdiyi kollektiv demək olar, bütün komanda şəklində müdafiə olundu, əlinə düşən 2 fürsətdən 1-ni qola çevirməklə aktivinə üç xalı yazdırdı.

Sıx müdafiə olunan, oyunun tempini salan “İmişli” müdafiə futbolu ilə xallarını qazanmaqdadır. “Sabah”da isə yaradıcı oyunçu problemi davam etməkdədir. Qapanan komandalara qarşı çətinlik yaşayan “bayquşlar” “İmişli”nin qapalı oyunu qarşısında çarəsiz qaldı. Gah cinahlardan, gah da ortadan müdafiəni yarmağa çalışan “Sabah”ın bütün cəhdləri uğursuz alındı.

Mövsümdə ilk qələbəsini qazanan “İmişli”də oyunsonu böyük coşğu var idi. Maraqlıdır ki, komandanın ilk qolunu da məhz sabiq “Sabah”lı Abbas Ağazadə vurdu. Oyuna sonradan daxil olan yarımmüdafiəçi ikinci hissədə komandanın fəallarından idi. Fasiləyə qələbə ilə yollanan “İmişli” artıq digər komandalar üçün də başağrı olacağını göstərdi.

“Sabah” isə hər mövsüm olduğu kimi yenidən qeyri-stabil nəticələri sıralamaqdadır. Komandada yaradıcı oyunçu problemi var. Ötən tur “Şamaxı”ya qalib gələn kollektiv ilk ev matçını xalsız başa vurdu. Şamaxı səfərində də ikinci hissə meydan sahiblərinin üstünlüyü ilə keçmişdi. Baş məşqçi Valdas Dambrauskasın hələ sistemini otuzdura bilmədiyi görünür.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Sentyabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri