İllər öncə Natavan Aygün Kazımovaya belə QALİB GƏLMİŞDİ VİDEO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İllər əvvəl ATV-də yayımlanan və müğənnilər arasında amansız rəqabətin yaşandığı məşhur şou yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, həmin dövrün ən baxımlı layihələrindən biri olan proqramın arxiv görüntüləri sosial şəbəkələrdə paylaşılaraq geniş marağa səbəb olub.
Görüntülərdə səsvermə mərhələsində Natavan Həbibinin tamaşaçıların verdiyi səslərlə pop diva Aygün Kazımovanı geridə qoyaraq qalib gəlməsi əks olunub. Bu nəticə vaxtilə böyük səs-küy yaratmış, musiqi cameəsində uzun müddət müzakirə edilmişdi.
Arxiv kadrlarının yenidən yayılması izləyiciləri iki yerə bölüb. Bəziləri Natavanın həmin performansını haqlı qələbə kimi dəyərləndirir, digərləri isə Aygün Kazımovanın səhnə təcrübəsi və statusunun nəzərə alınmalı olduğunu düşünür.
Sözügedən video iki sənətçi arasında illər əvvəl yaşanan gərgin rəqabəti bir daha xatırladıb və sosial mediada "kim daha güclü idi?" sualı ətrafında müzakirələri yenidən "alovlandırıb".
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Fevral 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















