Icma.az
close
up
RU
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Şirvanşahlar Sarayında qobelen və tekstil sənətinə həsr olunmuş “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı beynəlxalq qobelen müsabiqəsi və sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan tekstil sənətinin görkəmli nümayəndəsi, professor Tamila Məmmədovanın xatirəsinə həsr olunub.

Tədbiri açan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmud bildirib ki, Tamila Məmmədova yüksək mədəniyyəti, zəngin daxili aləmi və dərin intellekti ilə seçilən, sənətinə böyük sevgi ilə yanaşan şəxsiyyət olub. Onun sözlərinə görə, sənətkarın xatirəsinə həsr olunan belə bir platforma onun irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

İncəsənət tarixçisi və tənqidçisi, Polşanın Lodz şəhərində yerləşən Mərkəzi Tekstil Muzeyinin baş kuratoru Marta Kovalevska çıxışında qeyd edib ki, Tamila Məmmədovanın yaradıcılıq irsi və sənət baxışları bu gün də tələbələri və davamçıları üçün mühüm ilham mənbəyidir. O bildirib ki, sənətkarın Azərbaycan tekstil sənətinin inkişafına verdiyi töhfələr və formalaşdırdığı məktəb gələcək nəsillər tərəfindən yaşadılacaq.

Litva Rəssamlar İttifaqının prezidenti, Vilnüs İncəsənət Akademiyasının professoru, tekstil rəssamı Egle Qanda Boqdaniene beynəlxalq səviyyəli belə genişmiqyaslı sərgi və müsabiqənin qısa müddətdə təşkil olunmasını yüksək qiymətləndirib. O vurğulayıb ki, layihə yalnız sərgi funksiyası daşımır, eyni zamanda, yeni əməkdaşlıqların və beynəlxalq əlaqələrin inkişafı üçün mühüm platformadır.

Sonra Tamila Məmmədovanın tələbələri, sənət dostları və nəvəsi Nuriyyə Əzimova çıxış edərək, sənətkarla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Tamila Məmmədovanın həyat və yaradıcılıq yoluna həsr olunmuş sənədli film nümayiş etdirilib.

“Azərxalça” ASC-nin İdarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, təşəbbüs, ümumilikdə, tekstil sənəti ilə məşğul olan rəssamların dəstəklənməsinə xidmət edir. Onun sözlərinə görə, layihə qısa müddətdə həyata keçirilsə də, müsabiqəyə 40-dan çox iştirakçı tərəfindən 150-dən artıq əsər təqdim olunub. Xarici ölkələrdən olan müəlliflərin də qatıldığı müsabiqədə işlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Tamila Məmmədova Fondunun təsisçisi Aliyə Əzimova çıxışında bu günün onun həyatının ən həyəcanlı günlərindən biri olduğunu vurğulayıb. “Bu təşəbbüsün uğuru yalnız bu gün keçirilən tədbirlərlə ölçülməyəcək. Onun əsl dəyəri gələcəkdə ilham verəcəyimiz sənətkarlarda, quracağımız əməkdaşlıqlarda, qoruyacağımız biliklərdə və üzə çıxaracağımız yeni ideyalarda öz əksini tapacaq”, – deyə A.Əzimova bildirib.

Qeyd edilib ki, rəssamları, kuratorları, tədqiqatçıları, dizaynerləri və mədəniyyət institutlarını bir araya gətirən TOMA layihəsi ənənəvi tekstil irsi ilə müasir incəsənət arasında dialoqu gücləndirməyi hədəfləyir. Təşəbbüs qobeleni yalnız dekorativ sənət növü kimi deyil, yaddaş, material, məkan və müasir vizual mədəniyyətlə əlaqəli canlı bədii ifadə vasitəsi kimi təqdim edir.

Layihə çərçivəsində qobelen, fiber art və tekstil əsaslı müasir sənət sahəsində çalışan yerli və xarici müəlliflərin əsərləri nümayiş olunub.

Müxbir - Günel Alıyeva

Foto - Tofiq Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri