İlon Mask 11 milyard dollarlıq səhmlərini uşaqlara hədiyyə edəcək
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
"SpaceX" şirkətinin rəhbəri İlon Mask 2027-ci ildə Birləşmiş Ştatlardakı bütün uşaqlara şirkətin bir ədəd səhmini hədiyyə edəcəyini vəd edib.
Lent.az xəbər verir ki, milyarder bu barədə özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
İ.Mask vurğulayıb ki, bu təşəbbüs gələcəkdə atılacaq bənzər addımların yalnız ilki olacaq.
Agentliyin hesabatına əsasən, avqust ayındakı statistikaya görə, Mask "SpaceX"in təqribən 4.8 milyard səhminə nəzarət edirdi. Eyni zamanda, onun opsionlar və mükafatlar çərçivəsində əlavə 1.6 milyard səhm qazanmaq imkanı var. Faktiki sahib olduğu qiymətli kağızlar da nəzərə alındıqda, bu göstərici 48.4 %-lik benefisiar payı təşkil edir.
İyulun 1-nə olan məlumata əsasən, ABŞ-də 18 yaşına çatmamış 72 milyon vətəndaş yaşayır. Əgər hər birinə hazırda bir "SpaceX" səhmi verilərsə, onların əldə edəcəyi ümumi məbləğ təqribən 10.5 milyard dollara bərabər olar (hazırda bir səhmin dəyəri 146 dollardır).
Ötən həftəsonu Amerikanın "Anthropic" süni intellekt startapı öz səhmlərinin 5%-ni şirkət daxilində yaradılacaq və cəmiyyətin xeyrinə fəaliyyət göstərəcək yeni bir fonda köçürəcəyini açıqlayıb. İlon Mask isə "Anthropic"in "X" platformasındakı bu bəyanatına şərh yazaraq, səhmlərin birbaşa vətəndaşlara paylanılmasını tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Oktyabr 2026 04:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















