İlon Mask: 2025ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
2025-ci ilin sonunadək süni intellektin insanların imkanlarını üstələməsi ehtimalı artır.
AZƏRTAC xəbər verir ki, amerikalı biznesmen İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.
“Gələn ilin sonunadək süni intellektin istənilən insanın, 2027-2028-ci ilədək isə bütün bəşəriyyətin intellektini üstələməsi ehtimalı getdikcə artır”, - deyə o bildirib.
Süni intellektin inkişafı sahəsində çalışan mütəxəssislərin əksəriyyətinin fikrincə, bəşəriyyət, nəhayət, bir fərd kimi düşünmək və özünü dərk etmək qabiliyyətinə malik kompüter sistemi yarada biləcək. Bu cür maşınlar perspektivdə sivilizasiyanın partlayıcı və idarəolunmaz texnoloji inkişafına gətirib çıxaracaq istənilən problemi həll edərkən özlərini təkmilləşdirə biləcək ki, bu da gələcəkdə elmi-texniki tərəqqini kəskin sürətləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















