Icma.az
close
up
RU
İlon Mask: ABŞ çoxsaylı QHT ləri maliyyələşdirməyə davam edərsə, maliyyə iflası ilə üzləşə bilər

İlon Mask: ABŞ çoxsaylı QHT ləri maliyyələşdirməyə davam edərsə, maliyyə iflası ilə üzləşə bilər

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ çoxsaylı qeyri-hökumət təşkilatlarını (QHT) maliyyələşdirməyə davam edərsə, maliyyə iflası ilə üzləşə bilər.

525.az "Report" a istinadən xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və milyarder İlon Mask amerikalı aktyor-aparıcı Co Roqanın podkastında bildirib.

İ.Maskın fikrincə, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları "bütün zamanların ən böyük fırıldağını" təmsil edirlər: "ABŞ da onları maliyyələşdirməyə davam edəcəyi təqdirdə "iflasa gedə bilər".

Milyarder vurğulayıb ki, QHT-lərin inkişafı ilə bağlı hər şey "əsl kabus”dur:

"İlk baxışda əhəmiyyətsiz görünən qərarlar milyardlarla dollarlıq nəticələrə çevrilə bilər. Biz bir insanın heç bir fəaliyyəti olmayan QHT-sinə 1,9 milyard dollar köçürülməsinin şahidi olduq. Qeyri-hökumət təşkilatları ilə bağlı bütün yayılan məlumatlar əsl kabusdur. Belə hallarda "qeyri-hökumət təşkilatı" termininin özünün istifadəsi düzgün deyil. Bu, əsl oksimorondur".

İ.Mask QHT-lərin "nəhəng təbliğat maşını" və ya "rejim dəyişikliyi üçün böyük sistem" olub-olmadığı sualına müsbət cavab verib.

Mesenat və vətəndaş cəmiyyətinin tərəfdarı hesab edilən Corc Soros barəsində danışarkən, Mask onu "QHT-lərdən istifadə edərək bütün dünyada siyasi və ideoloji maraqları təşviq edən qlobal təsir mexanizminin memarı" adlandırıb.

"Corc Soros bu işdə çox yaxşı idi. O, sistem xakeri kimidir və sistemi necə sındırmaq lazım olduğunu başa düşdü. O, arbitraj dahisidir. Demək istəyirəm ki, bu günümüz üçün Corc Soros artıq kifayət qədər yaşlıdır, amma arbitraj dahisidir. Beləliklə, o başa düşdü ki, qeyri-kommersiya təşkilatı yaratmaq üçün az miqdarda pul istifadə edə bilər. Sonra isə siyasətçiləri lobbiləşdirərək onları bu qeyri-kommersiya təşkilatına xeyli pul göndərməyə sövq edə bilər. Belə çıxır ki, qeyri-kommersiya təşkilatı yaratmaq üçün, deyək ki, 10 milyon dollar məbləğində ianə götürüb, onu bir milyard dollarlıq QHT-yə çevirə bilərsiniz", - İ.Mask bildirib.

İ.Mask vurğulayıb ki, qeyri-kommersiya təşkilatı qəribə bir ifadədir: “Bu, sadəcə qeyri-hökumət təşkilatıdır. Hökumət onu hər il maliyyələşdirməyə davam edir. Onun Sülh İnstitutu və ya buna bənzər gözəl adı olacaq. Amma əslində bu, pul çıxarmaq üçün maşındır”. O əlavə edib ki, hökumətdə bir çoxları bu təşkilatların heç bir əhəmiyyətli iş görmədiyini bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:579
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri