İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin rəhbəri vəzifəsini tərk edir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 may, AZƏRTAC
Amerikalı sahibkar İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri vəzifəsini tərk edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.
“Xüsusi dövlət xidmətində iş vaxtım sona çatır və mən israfçı xərcləri azaltmaq imkanına görə Prezident Donald Trampa təşəkkür edirəm”, - deyə milyarder bildirib. Onun sözlərinə görə, DOGE-nin missiyası zaman keçdikcə daha da güclənəcək, çünki bu, hökumət üçün həyat tərzinə çevrilir.
Bu arada Ağ evin nümayəndəsi CNN telekanalına İlon Maskın istefa üçün sənədləşmə prosesinə cümə axşamı başlayacağını deyib.
Sahibkar ABŞ Prezidentinin əsas büdcə qanun layihəsini tənqid etdikdən bir gün sonra qərarını açıqlayıb. İlon Maskın fikrincə, layihə DOGE-nin xərcləri azaltmaq səylərinə zərbə vurur.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası ötən həftə minimal səs çoxluğu ilə prezidentin təklif etdiyi büdcə layihəsini təsdiqləyib. Layihə müdafiə sahəsinə vergilərin azaldılmasını və xərclərin artırılmasını da ehtiva edir. Qanun layihəsi bundan sonra təsdiqlənməsi üçün Senata göndəriləcək.
Baxış sayı:101
Bu xəbər 29 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















