İlon Mask: ABŞ ı müflislikdən yalnız robotlar və süni intellekt xilas edə bilər
Icma.az bildirir, Apa.az portalına istinadən.
Amerikalı sahibkar İlon Mask ABŞ-ın qaçılmaz olaraq müflislik riski ilə üzləşdiyini və ölkəni bu vəziyyətdən yalnız süni intellekt texnologiyaları və robotların xilas edə biləcəyini bildirib.
APA xəbər verir ki, Mask bu fikirləri amerikalı bloqer Dvarkeş Patelə məxsus "YouTube" kanalındakı podkastda səsləndirib.
“Bir ölkə olaraq süni intellekt və robotlar olmadan 1000 faiz ehtimalla müflis olacağıq və uğursuzluğa düçar olacağıq. Dövlət borcu problemini başqa heç nə həll edə bilməz”, – deyə Mask vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın dövlət borcu “ağılasığmaz sürətlə artır”.
Mask ümid etdiyini bildirib ki, ABŞ müflisliyin qarşısını almağı müəyyən qədər ləngidə və süni intellektlə robotların inkişafı üçün kifayət qədər vaxt qazana biləcək.
Sahibkarın fikrincə, məhz bu texnologiyalar gələcəkdə dövlət borcu probleminin həllinə kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 06 Fevral 2026 02:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















