İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Donald Trampın yeni komandasında yer alan iş adamı İlon Mask Ağ Evə buraxılmayacaq və buna imkan verilməyəcək.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bannon İtaliyanın
“Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
İlon Maskı çox pis adam kimi dəyərləndirən Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağına söz verib.
O, yanvarın 20-nə planlaşdırılan yeni dövlət başçısının andiçmə mərasiminə qədər iş adamını Ağ Evdən qovmağa çalışacağını bildirib. "Maskın Ağ Evə tam girişi olmayacaq. O, hamı kimi olacaq”, - Bannon qeyd edib.
O eyni zamanda Maska öz vətəni olan Cənubi Afrikaya dönməyi tövsiyə edib. Bildirib ki, Tesla qurucusunun yeganə məqsədi trilyonçu olmaqdır.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 13 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















