İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ senatoru Elissa Slotkin, milyarder İlon Mask-ın amerikalıların şəxsi məlumatlarını araşdırmaqda günahlandırıb. Slotkin bu ittihamı Demokratların prezident Donald Trampın Konqresdəki çıxışına verdiyi rəsmi cavab zamanı səsləndirib.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.
“Amerikada İlon Mask və onun 20-dən çox adamdan ibarət dəstəsi sizin vergi bəyannamələriniz, tibbi sənədləriniz və bank hesablarınızı araşdırmaq üçün kompüter serverlərindən istifadə edirmi?” – deyə senator bildirib.
Məlumata görə, martın 5-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxış edərək, balanslaşdırılmış federal büdcəyə nail olacağına söz verib. O, həmçinin, Co Bayden administrasiyası dövründə israfçı xərclərlə bağlı narahatlığını ifadə edib.
Tramp, ABŞ hökumətinin guya “transgender siçanların yaradılmasına” 8 milyon dollar ayırdığını iddia edib. Qeyd edək ki, beynəlxalq LGBT ictimai hərəkatı Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınıb və qadağan edilib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:272
Bu xəbər 05 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















