İlon Mask dünyanın ən ağıllı süni intellektini istifadəçilər üçün pulsuz edib
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
“xAI” şirkəti İlon Maskın dünyanın ən ağıllı süni intellekti adlandırdığı “Grok 3” süni intellekt modelini pulsuz olaraq istifadəçilərin sərəncamına verib.
Missiya.Az xəbər verir ki, bu barədə “xAİ”nin “X” platformasındakı rəsmi səhifəsində məlumat yayılıb.
“Bu da belə: dünyanın ən ağıllı süni intellekti olan “Grok 3”dən pulsuz istifadə etmək olacaq (bizim serverlər əriyənə kimi)”, - deyə İlon Maskın təsisatçısı olduğu “xAİ” şirkətinin bəyanatında bildirilib.
“Grok 3” süni intellektinin beta versiyasının artıq “X” sosial şəbəkəsinin tətbiq variantında, həmçinin, “Grok” saytında əlçatan olduğu deyilir. “Grok 3”ün pulsuz versiyasını istifadə edən istifadəçilər daha dərin axtarışlar və təfsilatlı, əsaslandırılmış cavablar üçün “DeepSearch” funksiyasından, o cümlədən, riyaziyyat, elm və proqramlaşdırma sahələrində ən mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün “Think” funksiyasından yararlana biləcəklər.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















