İlon Mask Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı biznesmen İlon Mask bu ilin sonunda Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb.
“Report” xəbər verir ki, Mask bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar apardığı məlum olandan bir gün sonra bildirib.
“Bu ilin sonunda Hindistana səfər etməyi səbirsizliklə gözləyirəm!”, - Mask Modinin postunu retvit edərək “X” sosial şəbəkəsində yazıb.
N.Modi, öz növbəsində cümə günü “X” sosial şəbəkəsində texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarıyla bağlı Mask ilə apardığı dialoqdan bəhs edib. Lakin bu danışıqların dəqiq tarixi göstərilməyib.
Xatırladaq ki, Modinin Vaşinqtona səfəri bu ilin fevralında baş tutub.
"Cebheinfo.az"
Baxış sayı:211
Bu xəbər 19 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















