İlon Mask Rusiya dronlarında Starlinki bloklamağa başladı FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Amerikalı iş adamı İlon Mask bildirib ki, Rusiya tərəfinin "Starlink" peyk internetindən icazəsiz istifadəsinin qarşısını almaq üçün tədbirlər görüb.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorovun "X" sosial şəbəkəsindəki paylaşımına yazdığı şərhdə qeyd edib.
"Daha nəsə etmək lazımdırsa, xəbər edin", - deyə Mask vurğulayıb.
Fydorov cavabında bildirib ki, görülən ilk tədbirlər artıq nəzərəçarpacaq nəticələr verir. Onun sözlərinə görə, Ukrayna "SpaceX" komandası ilə sıx əməkdaşlığı davam etdirir.
"Biz növbəti mühüm addımlar üzərində sizin komandanızla sıx əməkdaşlıq edirik. Bizimlə olduğunuz üçün təşəkkür edirik", - deyə nazir yazıb./Oxu.Az
Baxış sayı:34
Bu xəbər 01 Fevral 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















