Icma.az
close
up
RU
İlon Mask Trampın “böyük, gözəl” vergi qanununu “iyrənc bir biabırçılıq” adlandırdı

İlon Mask Trampın “böyük, gözəl” vergi qanununu “iyrənc bir biabırçılıq” adlandırdı

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Milyarder texnoloji sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampla yeni qarşıdurmaya girib və onun vergi və xərclər qanun layihəsini “iyrənc bir biabırçılıq” adlandıraraq tənqid edib.

Bizimyol.info xəbər verir ki, Maskın sosial şəbəkədə sərt açıqlamaları, artıq narahatlıqlarını dilə gətirən bəzi respublikaçı senatorları Trampa qarşı çıxmağa sövq edə bilər. Müzakirələr hazırda Senatda davam edir.

“Bağışlayın, amma artıq dözə bilmirəm. Bu nəhəng, biabırçı, “donuz kimi” dolu Konqres xərcləri qanun layihəsi iyrənc bir biabırçılıqdır. Səs verənlərə utanc olsun: nə etdiyinizi bilirsiniz”, – deyə Mask “X” sosial platformasında yazıb.

O əlavə olaraq: “Bu qanun layihəsi ABŞ-ın artıq böyük olan büdcə kəsirini $2.5 trilyona çatdıracaq və amerikalıları dözülməz borc yükü altında qoyacaq”, - deyə bildirib.

Mask son zamanlar Tramp administrasiyasını tərk edib və dövlət idarələrində israfçılığı azaltmaq məqsədi ilə yaradılmış “Dövlət Effektivliyi Departamenti”nə (DOGE) rəhbərlik edirdi. O, hesab edir ki, bu qanun layihəsi DOGE-nin işini sarsıdır və ölkəni daha da borca salır.

Maskın çıxışından sonra respublikaçı konqresmen Tomas Massi onu dəstəkləyərək yazıb: “O, haqlıdır.”

Lakin Nümayəndələr Palatasının sədri Mayk Conson Maskla bu barədə 20 dəqiqədən çox danışdığını və qanunun partiya vədlərini həyata keçirdiyini bildirib: “Dostum İlon bu dəfə çox yanılır,” – deyə o jurnalistlərə bildirib.

Senatın respublikaçı lideri Con Tun isə daha diplomatik davranaraq deyib: “Fikir ayrılığı var. O, öz fikrini deməkdə azaddır. Biz tam sürətlə davam edirik”.

Qanun layihəsi artıq Nümayəndələr Palatasından keçib və indi Senatda müzakirə olunur. Hədəf, 4 iyuladək dəyişdirilmiş versiyanı qəbul etməkdir. Senatorlar Rand Pol və Ron Conson kimi bəzi respublikaçılar da Maskın narahatlıqlarını bölüşürlər.

Qanun layihəsi Trampın 2017-ci ildə həyata keçirdiyi vergi endirimlərini uzadır və sərhəd təhlükəsizliyi, həmçinin ordu üçün yeni xərclər nəzərdə tutur. Bu xərclər Medicaid, ərzaq talonları və yaşıl enerji təşviqlərinə edilən ixtisarlarla kompensasiya olunmağa çalışılır.

Konqres Büdcə İdarəsi və müstəqil analitiklərin proqnozlarına görə, bu qanun layihəsi önümüzdəki 10 il ərzində büdcə kəsirini $2.3 trilyondan $5 trilyona qədər artıracaq. Ağ Ev isə bildirir ki, iqtisadi artım bu xərcləri kompensasiya edəcək.

Lakin Demokratlar xəbərdarlıq edirlər ki, bu qanun milyonlarla insanın səhiyyə xidmətinə çıxışını məhdudlaşdıracaq və yalnız varlılara vergi endirimi qazandıracaq. Yel və Pensilvaniya Universitetlərinin birgə araşdırmasına görə, qanun layihəsi 51,000-dən çox qarşısı alına biləcək ölümə səbəb ola bilər.

Senatın azlıq lideri Çak Şumer Senatda çıxışında: “Trampın “böyük, gözəl” qanun layihəsi əslində dəhşətli və qəddardır”, - deyib.

Maskın fikirlərinə münasibət bildirən Şumer daha sonra “X”də yazıb: “İnanmazdım deyərdim, amma... İlon Maskla razıyam”.

Vermont senatoru Bərni Sanders də əlavə edib: “Mask haqlıdır: bu qanun layihəsi İYRƏNC BİR BİABIRÇILIQdır. Biz milyarderlərə $664 milyardlıq vergi endirimi verməməliyik. 13.7 milyon insanı Medicaid-dən çıxarmamalıyıq. Aclıqla mübarizə proqramlarından $290 milyard kəsməməliyik. Bu qanun layihəsini dayandıraq!”

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri