İlon Mask və onun “X“ şirkətinə qarşı araşdırma başlayıb
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paris Prokurorluğu sahibkar İlon Mask və onun "X" şirkətinə qarşı ilkin araşdırmaya başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu qərar Mask aprelin 20-də dindirməyə gəlmədikdən sonra qəbul edilib. Araşdırma həmçinin "X"in sabiq baş direktoru Linda Yakkarinoya qarşı da başlanılıb.
Daha əvvəl prokurorluq Avropol və Fransa jandarmının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birgə "X" şirkətinin Fransadakı ofislərində axtarışlar aparıb. Bu, alqoritmlərinin fəaliyyətindən edilən şikayətlərdən sonra 2025-ci ilin yanvarında sosial şəbəkəyə və İlon Maska qarşı başlanmış araşdırma ilə əlaqədar idi. Həmçinin, quraşdırılmış "Grok" çat-botunun Holokostun inkarı ilə bağlı materiallar və süni şəkildə yaradılmış intim xarakterli təsvirlər yayımlamasına dair şikayətlər də buna səbəb olub.
Baxış sayı:134
Bu xəbər 07 May 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















