Icma.az
close
up
RU
İlon Mask vəzifəsindən istifadə etməklə milyardlarla dollar cərimədən yayınıb?

İlon Mask vəzifəsindən istifadə etməklə milyardlarla dollar cərimədən yayınıb?

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ Senatının Daimi Təhlükəsizlik və Hökumət Məsələləri Komitəsinin Təhqiqatlar üzrə Alt Komitəsinin “Demokrat” partiyasından olan üzvləri tərəfindən hazırlanan yeni hesabatda milyarder iş adamı İlon Mask ciddi ittihamlarla üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat komitənin hazırladığı sənədədə yer alıb.
Bildirilir ki, Mask “Tesla”, “SpaceX”, “Neuralin”k və digər şirkətlərini 2,37 milyard dollarlıq potensial cərimədən yayındırmaq üçün ABŞ-ın Hökumət Effektivliyi Ofisindən (DOGE) sui-istifadə etmiş ola bilər.
Alt komitənin sənədində bildirilir ki, 2025-ci il yanvarın 20-nə kimi – Donald Trampın ABŞ prezidenti kimi vəzifəyə başladığı tarixə qədər Maskın rəhbərlik etdiyi şirkətlər ABŞ-nin ən azı 11 federal agentliyi ilə 65-dən çox məhkəmə iddiası ilə üzləşib.
Hesabatda qeyd olunur: “Alt komitənin araşdırması ilk dəfə olaraq aşkar edib ki, cənab Mask və onun şirkətləri 2025-ci ilin yanvar ayına olan məlumata görə, ən azı 2,37 milyard dollarlıq potensial öhdəliklərlə üz-üzə qalıb”.
Bu məbləğin təxminən 1,19 milyard dolları “Tesla” şirkətinə aiddir və bu, xüsusilə “avtopilot” və “tam avtonom idarəetmə” texnologiyalarına dair iddialarla bağlı ola bilər.
Hesabatda həmçinin “Neuralink” startapı da xüsusi qeyd edilir. Şirkətin meymunlar və donuzlar üzərində apardığı təcrübələr zamanı heyvanların rifahı ilə bağlı qanun pozuntularına görə 1,59 milyon dollar, məhsullarla bağlı yanlış və ya yanıltıcı açıqlamalara görə isə 281 milyon dollaradək cərimə riski ilə qarşılaşdığı bildirilib.
Sənədin müəllifləri həmçinin maraqların toqquşmasına diqqət çəkiblər. Qeyd olunur ki, Mask həm federal qurumların auditinə təsir imkanına malikdir, həm də eyni zamanda bu qurumlardan iri dövlət sifarişləri alan şirkətlərin sahibidir: “Cənab Maskın mövqeyi ona nəzarətdən yayınmağa, təhqiqatlara mane olmağa və öz şərtləri ilə məhkəmə çəkişmələrini həll etməyə imkan verir”.
Hazırda Mask və onun nümayəndələri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri