İlon Maska gözlənilməz zərbə Şirkətlərinin reputasiyası aşağı düşür
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
ABŞ-də keçirilən yeni sorğu İlon Maskın qabaqcıl şirkətləri "Tesla" və "SpaceX"in reputasiyasının son bir ildə ciddi şəkildə zəiflədiyini üzə çıxarıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, Maskın Tramp administrasiyası ilə yaxın əlaqələri və mübahisəli "DOGE" araşdırmaları bu azalmada həlledici rol oynayıb.
2025-ci il üçün Axios Harris 100 sorğusunda 100 ən nüfuzlu brend arasında Tesla 95-ci, SpaceX isə 86-cı yerdə qərarlaşıb.
Bu şirkətlər 2021-ci ildə müvafiq olaraq 8-ci və 5-ci yerləri tutublar.
Sorğuya əsasən, Maskın sosial media platforması X-də yalnız bir pillə yüksələrək 98-ci yerə yüksəlib. Sorğunun nəticələrinə görə, "Microsoft", "Apple", "Nvidia" və "Samsung" kimi texnologiya şirkətləri ilk 10-luqda olarkən, Mask şirkətlərinin reytinqdə kəskin geriləməsi diqqət çəkib.
"Tesla" və "SpaceX" rəsmilərindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Gülay


