İlon Maskın AfD yə dəstəyindən sonra Almaniyada “Tesla” avtomobillərinin satışları xeyli azalıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə “Tesla” avtomobillərinin satışlarında ciddi azalma baş verib.
AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə Almaniya Mühərrikli Nəqliyyat İdarəsinin (Kraftfahrt-Bundesamt - KBA) yaydığı məlumatda qeyd olunub.
Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 “Tesla” avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır. Eyni vəziyyət Avropa İttifaqında və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda “Tesla”nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.
Qeyd edək ki, İlon Maskın fevralın 23-də Almaniyada keçiriləcək federal parlament seçkiləri ərəfəsində ifrat sağçı AfD-yə dəstək çağırışı etməsi təkcə bu ölkədə deyil, Avropa İttifaqında da böyük narazılığa səbəb olmuşdu.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















