Icma.az
close
up
RU
İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?

İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın keçmiş strateqi Stiv Bennon iş adamı İlon Mask ilə Ağ Ev arasında münasibətlərin pozulmasının səbəblərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazı dərc edib.

Stiv Bennonun sözlərinə görə, münaqişə Maskın Pentaqonun Çinlə hipotetik müharibə ilə bağlı gizli hərbi planlarına çıxış əldə etmək cəhdləri səbəbindən başlayıb. Bennon "Tesla" rəhbəri Maskı sıfırdan yaradılmış MAGA ("Make America Great Again" - "Amerikanı yenidən möhtəşəm edək") siyasi hərəkatına müdaxilə edən elitar autsayder adlandırıb.

Bannonun bildirdiyi kimi, Tramp Maska məxfi sənədləri göstərməkdən imtina edib və bu zaman vəziyyət dəyişib. Bu, onların münasibətlərində dönüş nöqtəsi olub. Prezident Maska hərbi planlara çıxış imkanının verildiyi ilə bağlı yayılan şayiələri təkzib edib və vurğulayıb ki, bu cür məlumatları özünün "Tesla" və "SpaceX" şirkətləri vasitəsilə Çinlə əlaqəsi olan bir iş adamına göstərmək olmaz.

Tramp qeyd edib ki, Maskın Pentaqonu ziyarət etməsi xərclərin araşdırılması ilə bağlı olub, hərbi sirlərlə deyil. Müdafiə naziri Pit Heqset əlavə edib ki, Maskın sənədlərə çıxışı ilə bağlı şayiələr onun nüfuzuna xələl gətirmək üçün yayılıb.

Öz populist baxışları ilə tanınan Bennon Maskı kəskin şəkildə tənqid edərək onu "qlobalist" və "parazit" adlandırıb. O, Maskın MAGA-nın gələcəyinə təsir edə biləcəyindən narahatlığını dilə gətirib. Buna baxmayaraq, Tramp tərəfləri barışdırmağa çalışıb, lakin onların arasında görüş heç cür baş tutmayıb.

Gərginlik Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı (CPAC) zamanı öz pik nöqtəsinə çatıb, burada hər ikisi ayaqda alqışlanıb, lakin Bennon xatırladıb ki, MAGA hərəkatı ayrı-ayrı fərdlərdən daha vacibdir.

Nadir hallarda hücumlara cavab verən İlon Mask bir dəfə Stiv Bennonu real hərəkətə keçmək qabiliyyəti olmayan "boşboğaz" adlandırıb. Bennon isə əmin edir ki, Maskla mübarizəni şəxsi düşmənçilik deyil, ideologiya məsələsi hesab edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri