Icma.az
close
up
RU
İlon Maskın atası Rusiyanı təriflədi

İlon Maskın atası Rusiyanı təriflədi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Tesla”-nın qurucusu İlon Maskın atası Errol Mask beynəlxalq konfransa qatılmaq üçün gəldiyi Kazanda “pop ulduzu” və xüsusi qonaq kimi qarşılanıb.

"Cebheinfo.az" xəbər verir ki, Mask verdiyi açıqlamalarda Qərbi Rusiyaya qarşı ikiüzlülükdə ittiham edib və Kontinental Hokkey Liqasının Ak Bars ilə Admirals komandaları arasında keçirilən oyunu tribunadan izləyib.

79 yaşlı Cənubi Afrikalı mühəndis və iş adamı Tatneft Arenada keçirilən qarşılaşma zamanı dev ekranda Al Pacino ilə yanaşı fotosu göstərilib, aralarındakı bənzərlik zarafat mövzusu olub və “Xaç atası” filminin musiqisi səsləndirilib. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Kazan təmsilçisi Ak Bars klubunun “Telegram” kanalında paylaşılmış mesajda “Bu gün İlon Maskın atası Errol Mask Ak Barsı dəstəkləyir” ifadəsi yer alıb və oyundan çəkilmiş fotosu da paylaşılıb.

Errol Maskın 21 oktyabrda Kazana gəldiyi və səfər çərçivəsində şəhərin texnologiya parklarını ziyarət etdiyi bildirilib. Business Online-a verdiyi müsahibədə Mask Rusiyaya gəlməkdə məqsədinin ölkəni şəxsən görmək və yerli texnologiya mühitini tanımaq olduğunu deyib.

Kazan və Innopolisdəki görüşlərində startaplarla tanış olub, universitet tələbələri ilə görüşüb və şəhərlərin təmizliyindən təsirləndiyini bildirib.

Əvvəlcə qısa səfər planlaşdırsa da, gördüklərindən o qədər təsirlənib ki, proqramını uzadaraq Yaxın Şərqdəki planlarını ləğv edib.
Rusiyadakı atmosferin gözlədiyindən daha müsbət olduğunu vurğulayan Mask, oğulları İlon və Kimbal Maska da “buranı mütləq görməlidirlər” deyəcəyini bildirib.

Ukraynadakı münaqişə və Qərbin mövqeyi ilə bağlı isə Errol Mask sərt tənqidlər səsləndirib. “Qərb son illərdə yanlış yola qədəm qoyub,” deyən Mask, Rusiyaya qarşı siyasətlərin qorxu üzərində qurulduğunu iddia edib.

“Bizə Rusiyanın təhlükəli yer olduğu, rusların düşmən olduğu deyilir. Bu yalanlarla insanları qorxudub müəyyən şəkildə düşünməyə məcbur edirlər”, - deyə bildirib.

Avropanın əsrlərdir Rusiyanı kənarda saxlamağa çalışdığını xatırladan Mask, “Avropalılar Rusiyanı yalnız onlara müharibədə kömək etdikdə qəbul edirlər – Napoleon və Hitlerə qarşı.

Amma sülh dövründə Rusiyanı kənarlaşdırmaq istəyirlər,” deyib. Öz müşahidələrinə əsaslanaraq “Moskva və Kazan Vyanadan daha təmiz və daha təhlükəsizdir,” deyən Mask, Qərbdə yaradılan Rusiya imicinin reallığı əks etdirmədiyini vurğulayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri