Icma.az
close
up
RU
İlon Maskın gizli Mars planı Yer kürəsini Mars üçün sınaq meydanına çevirib

İlon Maskın gizli Mars planı Yer kürəsini Mars üçün sınaq meydanına çevirib

Icma.az bildirir, Milli.az portalına istinadən.

İlon Maskın ard-arda yeni şirkətlər qurması və ya satın alması uzun illərdir müzakirə mövzusudur.

Milli.Az xəbər verir ki, bəzi məqamları yan-yana gətirdikdə onun məqsədinin Mars olduğu anlaşılır.

TESLA: Tesla avtomobilləri sadəcə Yer kürəsini xilas etmək üçün istehsal olunmur. Mars atmosferində oksigen yoxdur. Bu isə o deməkdir ki, daxili yanma mühərrikləri orada işləyə bilməz. Nəticə olaraq Marsda bütün nəqliyyat məcburən elektrikli olmalıdır.
Hətta çoxlarının dizaynına görə tənqid etdiyi Cybertruck belə təsadüfi deyil. Paslanmayan polad gövdə, sərt və bucaqlı forma Yer yolları üçün yox, Marsın ekstremal relyefi üçün düşünülmüş ola bilər.

SolarCity: Günəş panelləri sadəcə yaşıl enerji üçün deyil. Marsda neft yoxdur. Enerjinin yeganə real mənbəyi Günəşdir. Mask hazırda Marsın enerji infrastrukturunu bizim evlərimizin damlarında sınaqdan keçirir.

Boring Company: "Yer üzündə tıxac azdır ki, yerin altına girək?" - deyənlər yanılır. Marsın səthi ölümcül radiasiya ilə doludur, atmosferi demək olar ki, yoxdur. İnsanlar orada səthdə deyil, yeraltı şəhərlərdə yaşamalı olacaq. Mask isə Mars üçün lazım olan tunel texnologiyasını Las Veqasın altında real şəraitdə sınaqdan keçirir.

Starlink: Marsda fiber-optik kabel çəkmək mümkün deyil. Əgər Mars koloniyası Yer ilə əlaqə saxlayacaqsa, planetin ətrafını əhatə edən peyk rabitə şəbəkəsi olmalıdır. Starlink məhz bunun prototipidir.

Optimus robotlar: İnsanları Marsa göndərmək hələlik çox risklidir. Bəs o yeraltı şəhərləri kim tikəcək? Cavab sadədir. Radiasiyadan təsirlənməyən robotlar. Optimus robotları əvvəlcədən Marsa göndərilib, infrastrukturu qurmaq, tunellər qazmaq və koloniyanı insanlara hazır vəziyyətə gətirmək üçün nəzərdə tutulur.

İlon Mask Yer kürəsini nəhəng bir AR-GE laboratoriyasına çevirib. Bütün sistemlər burada qurulur, sınaqdan keçirilir və gələcəkdə Marsda tətbiq ediləcək.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri