İlon Maskın Kanada vətəndaşlığından çıxarılması üçün petisiya başlayıb
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Kanada parlamentinin İcmalar Palatasının (aşağı palata) saytında “ölkənin maraqlarına zidd fəaliyyətlərlə məşğul olduğu” üçün amerikalı sahibkar İlon Maskın Kanada vətəndaşlığından məhrum edilməsi tələbi ilə petisiya dərc olunub.
AZƏRTAC xəbər verir ki, indiyədək 160 minə yaxın insan petisiyanı imzalayıb. İmzaların toplanması prosesi iyunun 20-dək davam edəcək.
Petisiyaya İlon Maskın Kanadada seçkilərə təsir etmək üçün sərvətindən və gücündən istifadə etməsi, həmçinin ölkə suverenliyinə təhdid yaradan xarici hökumətlə əlaqəsi səbəb olub.
Qeyd edək ki, İlon Mask 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. O, 17 yaşında məktəbi bitirdikdən sonra Kanadaya, oradan isə ABŞ-a köçüb. Amerikalı biznesmen hazırda ABŞ Prezidenti Donald Tramp administrasiyasında Hökumətin effektivliyi departamentinə rəhbərlik edir.
Baxış sayı:116
Bu xəbər 24 Fevral 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















