İlon Maskın şirkəti Ermənistanda lisenziya alıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası respublikada "Starlink" şəbəkəsinin fəaliyyəti üçün lisenziya verib.
Oxu.Az Interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın sənaye naziri Mxitar Ayrapetyan məlumat verib.
"Dekabrın 4-də və 13-də Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasında keçirilən iclasların qərarları ilə "Starlinkam" SC-nin Ermənistan Respublikası ərazisində fəaliyyəti ilə bağlı müraciətləri təmin edilib", - o, sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, müraciətlər ümumi istifadədə olan elektron rabitə şəbəkəsinin istismarına lisenziyanın verilməsi, qlobal peyk rabitə sistemləri tərəfindən idarə olunan ümumi elektron rabitə şəbəkəsinin təşkili üçün radiotezlik zolaqlarından təkrar istifadəyə icazənin verilməsi ilə bağlı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Dekabr 2024 02:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















