Icma.az
close
up
RU
İlon Maskla bağlı YENİ QALMAQAL

İlon Maskla bağlı YENİ QALMAQAL

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti, keçmiş əməkdaşın Grok adlı çat-botla bağlı kommersiya sirrinə aid məlumatları oğurlayaraq rəqib şirkət OpenAI-ə ötürməsi iddiası ilə məhkəməyə müraciət edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xAI iddianı keçən həftənin cümə axşamı Kaliforniya federal məhkəməsinə təqdim edib. Sənəddə qeyd olunur ki, Xuechen Li adlı keçmiş əməkdaş avqust ayının əvvəlində ChatGPT-nin təklif etdiklərindən üstün funksiyalara malik qabaqcıl süni intellekt texnologiyaları ilə bağlı konfidensial məlumatları oğurlayıb və həmin gizli məlumatlardan OpenAI-dəki yeni işində istifadə etmək niyyətində olub.

Dəqiqləşdirilmiş məlumata görə, OpenAI bu işdə cavabdeh deyil. İddiada göstərilir ki, Xuechen Li ötən il xAI şirkətində mühəndis kimi işləməyə başlayıb. Onun vəzifə dairəsinə Grok-un təlimi və hazırlanmasında iştirak daxil olub. xAI iddia edir ki, Li iyul ayında OpenAI-dən iş təklifi qəbul etdikdən və xAI-dakı səhmlərini 7 milyon dollara satdıqdan sonra şirkətin kommersiya sirlərinə çıxış əldə edib. İddiada qeyd olunur ki, bu məlumatlar OpenAI-yə ChatGPT məhsulunu gücləndirməyə, ona daha innovativ süni intellekt və xAI-a məxsus orijinal funksiyalar əlavə etməyə kömək edə bilər.

İddiada həmçinin qeyd olunur ki, Li 14 avqust tarixində keçirilmiş görüş zamanı şirkətə məxsus faylları oğurladığını və izləri itirməyə cəhd etdiyini etiraf edib, daha sonra isə onun cihazlarında gizlədiyi əlavə oğurlanmış materiallar aşkar edilib. xAI iddiasında göstərilməmiş məbləğdə pul kompensasiyasının ödənilməsini, həmçinin Li-nin OpenAI-də işləməsinə məhkəmə qadağası qoyulmasını tələb edir. Bu iddia Mask ilə OpenAI arasındakı münasibətləri daha da gərginləşdirib. Keçən il o, şirkətə və onun baş direktoru Sam Altman-a qarşı guya qeyri-kommersiya məqsədi ilə işləməkdən imtina etdiklərinə görə məhkəməyə müraciət etmişdi. Aprel ayında isə OpenAI Maska qarşı qarşılıqlı iddia qaldıraraq onu təqibdə ittiham edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri