Icma.az
close
up
RU
İlqar Abbasov: “Kamandan oxatma qazilərimizin diqqətini çəkə bilər”

İlqar Abbasov: “Kamandan oxatma qazilərimizin diqqətini çəkə bilər”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı bizim üçün önəmli təcrübədir”.

Bunu İdman.biz-ə Milli Paralimpiya Komitəsinin kamandan oxatma idman növü üzrə komandasının baş məşqçi İlqar Abbasov deyib.
Mütəxəssis son dövrlərdə ölkəmizdə bu idman növünə marağın artdığını bildirib: “Ümumiyyətlə, müxtəlif turnir və yarışların keçirilməsi yeni idmançıların üzə çıxmasına və kütləviliyin artmasına səbəb olur. Məsələn, Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirakımız ölkəmizdə bu idman növünün təbliğatı istiqamətində mühüm addım oldu. Kamandan oxatma Paralimpiya idman növü kimi qazilərimizin, məhdudiyyətli şəxslərin diqqətini çəkə bilər. Ümumilikdə isə Parisdəki çıxışımızı qənaətbəxş olduğunu bir məşqçi kimi deyə bilmərəm, çünki medalsız qayıtdıq. Fikrimcə, bu dəfə zəif çıxış etdik. Növbəti Olimpiadadan medalla qayıdarıq”.

O bildirib ki, bu idman növünün regionlarda inkişaf etdirilməsi hazırda əsas prioritetlərdən biridir: “Bakıda kamandan oxatmaya marağı qənaətbəxş hesab etmək olar, ancaq təəssüf ki, bölgələrimizlə bağlı eyni şeyi deyə bilmərik. Biz regionlarda yaşayan məhdudiyyətli şəxsləri bu idman növünə cəlb etmək istəyirik. Bu işdə isə belə yarışların keçirilməsinin mühüm rolu var”.

Qeyd edək ki, 3 gün davam edən turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) üzrə qalibləri müəyyənləşdiriblər.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri