Icma.az
close
up
RU
İlqar Mustafayevgilin məhkəməsi başladı

İlqar Mustafayevgilin məhkəməsi başladı

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin və onunla birgə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.info -nun məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.

İlqar Mustafayevlə yanaşı, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayev də mühakimə olunur. Onlardan yalnız Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri sərbəst mühakimə edilir.

Bu gün keçirilən hazırlıq iclasında prokurorun ittiham aktını elan etməsi gözlənilsə də, iş vaxtı bitdiyindən bu, mümkün olmayıb. Yalnız keçmiş sədrin vəkili İsmayıl Kəngərlinin vəsatəti qısa şəkildə müzakirə olunub.

Vəkilin sözlərinə görə, ittiham aktında Bulvar ərazisindəki üç gəmi — “Mirvari”, “Şəfəq” və “Xəzri”də daşınan sərnişinlərin sayı ilə bağlı ciddi ziddiyyətlər var:

“İş materiallarında qeyd olunur ki, 2020-ci ilin iyun ayında yalnız gəmilərdə ümumilikdə 7 min nəfər daşınıb”.

Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Habil Abbasov tərəfindən “Dənizkənarı Bulvar İdarəsi” PHŞ-ə məxsus “Mirvari” və “Şəfəq” gəmiləri ilə bağlı təqdim edilmiş məlumatlarda “Mirvari” gəzinti gəmisi tərəfindən 2018-ci il ərzində 647 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 168.192 nəfər, 2019-cu il ərzində 460 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 124.932 nəfər, 2020-ci il ərzində 106 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 12.827 nəfər olduğu göstərilib.

Bu rəqəmlər inandırıcı deyil. Həmin dövr sərt karantin rejimi tətbiq olunmuş illərə təsadüf edir. İnsanlar evdən belə çıxa bilmirdilər. Belə olan halda bu qədər sərnişinin daşınması mümkün deyildi”.

İsmayıl Kəngərli ittihamların obyektiv araşdırılması üçün zərərçəkmiş qurumdan əlavə sənədlərin məhkəməyə təqdim olunmasını istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Növbəti məhkəmə iclası avqustun 18-nə təyin edilib.

Qeyd edək ki, İlqar Mustafayev ötən ilin sentyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see285

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see279

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see262

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see258

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see256

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see253

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see251

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see241

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see232

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see230

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see222

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see212

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see207

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see207

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see184

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see179

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see175

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see170

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri