İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür AÇIQLAMA
Fanat saytına istinadən Icma.az xəbər verir.
Ötən həftə I Liqa təmsilçisi "Cəbrayıl"ın satıldığı, yeni rəhbərliyin komandanı Elman Sultanova tapşırdığı haqda məlumat yayılmışdı. Həqiqətən də 10 gün əvvəl hazırlığa başlayan bölgə təmsilçisini məhz o, məşqə çıxarmışdı. Ancaq "Cəbrayıl" növbəti dəfə "əl dəyişdirib".
Bununla bağlı Fanat.Az-a maraqlı məlumat daxil olub.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, təsisçisi Cavid Hüseynov, prezidenti isə Şahin Məmmədov olan "Cəbrayıl"ın rəhbərliyi ilk təklifi geri çevirərək, klubu "Kəpəz"dən tanıdığımız İlqar Nadiriyə satıblar. Komanda Gəncəni təmsil edəcək və "Gəncəbasar" adlanacaq.
Məsələhəyə İlqar Nadirinin özü ilə aydınlıq gətirməyə çalışdıq: "Açığı, belə bir variant gündəmdədir. Amma hələ ortada rəsmi nəsə yoxdur. Gələn həftə dəqiqləşəcək. Bu üzdən detallarla bağlı ətraflı məlumat verə bilməyəcəyəm. Yaxşı olar ki, gələn həftə danışaq".
Göründüyü kimi, "Cəbrayıl"ın "Gəncəbasar" adı ilə çıxış etməsi masadadır.
Qeyde edək ki, "Cəbrayıl" I Liqada ötən mövsümü 8-ci yerdə başa vurub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















