İlyas İsmayılovun son vəziyyəti açıqlanıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İlyas İsmayılovun müalicəsi davam edir, vəziyyəti hələ də ağırdır.
Bu barədə APA-ya Mərkəzi Klinikadan xəbər verilib.
"İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Ümumi vəziyyəti ağır-stabil olaraq qalır",- məlumatda bildirilib.
Qeyd edək ki, insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə olunduqdan sonra stasionar şöbəyə köçürülmüşdü.
Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

İlyas İsmayılovun vəziyyəti açıqlanıb
09 Yanvar 2025 16:25
İlyas İsmayılovun son vəziyyəti AÇIQLANDI
21 Yanvar 2025 12:25
İlyas İsmayılovun vəziyyəti AÇIQLANDI
10 Fevral 2025 15:09
İlyas İsmayılovun vəziyyəti ağırdır
13 Yanvar 2025 15:50
Vəziyyəti pisləşib İlyas İsmayılovun SON DURUMU
09 Yanvar 2025 16:34

