Icma.az
close
up
RU
İlyas İsmayılovun vəfatına siyasi partiyalardan REAKSİYA

İlyas İsmayılovun vəfatına siyasi partiyalardan REAKSİYA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

O, Nardaran Qəbiristablığında oğlunun yanında dəfn olunacaq.

Modern.az xəbər verir ki, bir sıra siyasilər İlyas İsmayılovun ölümünə görə başsağlığı paylaşımı ediblər.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa:

“Böyük Quruluş Partiyasının Mərkəzi Aparatının üzvləri görkəmli dövlət, elm və ictimai-siyasi xadim İlyas İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə, əzizlərinə, rəhbəri olduğu Ədalət Partiyasının bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, İlyas müəllimə Uca Allahdan rəhmət, yaxınlarına səbrlər diləyir. Dəyərli Şəxsiyyət İlyas müəllimin əziz xatirəsi hər zaman dərin hörmət və ehtiramla yad ediləcək. Ruhu şad, məkanı cənnət olsun!”

Ağ Partiyanın sədri Tural Abbaslı:

"Azərbaycanın sabiq Baş Prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatı bizi dərindən kədərləndirdi. O, ölkəmizin hüquq və siyasi həyatında mühüm rol oynamış, cəmiyyətə dəyərli xidmətlər göstərmiş nüfuzlu şəxsiyyətlərdən biri idi.

Ağ Partiya olaraq, İlyas müəllimin vəfatı ilə bağlı ailəsinə, doğmalarına, yaxınlarına və Ədalət Partiyasının bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin!”.

Sabiq dövlət katibi Lalə Şövkət:

“Lalə Şövkət Azərbaycanın tanınmış ictimai-siyasi xadimi İlyas İsmayılovun vəfat xəbərini kədərlə qarşıladığını bildirir cə mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ruhu şad olsun!”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn:

"Ədalət Partiyasının sədri, Azərbaycanın görkəmli ictimai -siyasi xadimi, tanınmış hüquqşünas, prof. İlyas İsmayılovun vəfatı ilə bağlı mərhumun yaxınlarına və Ədalət Partiyası üzvlərinə özüm və Azərbaycan Xalq Partiyası adından başsağlığı verirəm".

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov:

 Haqq Ədalət Partiyasının bütün üzvləri adından, şəxsiyyətinə dərin hörmət bəslədiyimiz, dövlətinə və xalqına əvəzsiz xidmətlər göstərmiş, onu tanıyanların qəlblərində silinməz izlər qoymuş, əzizimiz İlyas müəllimə Allahdan rəhmət diləyir, vəfalı ömür - gün yoldaşı Tibb elmləri doktoru, professor Zəkiyyə xanıma və bütün doğmalarına dərin hüznlə başsağlığı verirəm. Məzarı nurla dolsun, məkanı cənnət olsun".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri