İlyas Salmanın baş rolda çəkildiyi film Türkiyədə qadağan edildi
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məşhur aktyor İlyas Salmanın baş rolda çəkildiyi “Oy'una Geldik” filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qadağan edilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, filmin rejissoru Kazım Öz “X” sosial şəbəkə hesabında nümayişinə 45 gün qalmış lazımi müraciəti etdiklərini, lakin icazənin verilmədiyini bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, qadağa kinofilmlərin qiymətləndirilməsi, təsnifatı və dəstəklənməsi haqqında 5224 saylı qanunun 4-cü maddəsi pozulduğu üçün qoyulub.
Nazirlik həmçinin filmin kommersiya tirajı və nümayişi üçün uyğun olmadığını açıqlayıb.

“Təəssüf ki, “Oy'una Geldik” filmimizin nümayişinə qadağa qoyuldu. İllərlə çalışıb ərsəyə gətirdiyimiz filmi tamaşaçılarımıza çatdırmaq üçün bütün hüquqi yollara müraciət edəcəyik”, - deyə Öz bildirib.
Qeyd edək ki, komediya janrında çəkilən filmdə korrupsiyaya bulşamış bələdiyyə sədrinin ətrafında cərəyan edən hadisələrdən bəhs olunur. Filmin fevralın 21-də nümayiş etdirilməsi gözlənilirdi.
Baxış sayı:145
Bu xəbər 26 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















