Icma.az
close
up
RU
“İmam elan olunmuşam, mənə hər şey olar”

“İmam elan olunmuşam, mənə hər şey olar”

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi yekunlaşmaq üzrədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda sonuncu şahidlərin istintaq dövründə verdikləri ifadələri elan edilib.

Bundan sonra sənədlər tədqiq edilib.

Sədrlik edən hakim müttəhimdən bir daha əməlindən peşman olub-olmadığını soruşub.

Təqsirləndirilən şəxs imamla görüşünə icazə vermədiyi üçün xidmətçi Rəsul Həsənlini öldürmək istədiyini, buna görə də peşman olmadığını deyib: "Dörd ay mənim imamla görüşməyimə icazə vermədi. Buna görə ondan q...n çıxmalı idi. İmam elan olunmuşam, mənə hər şey olar"- deyə müttəhim əlavə edib.

Tərəflərin razılığı ilə məhkəmə istintaqı tamamlanıb. İttiham tərəfi çıxışa hazırlaşması üçün vaxt istəyib.

Proses dekabrın 24-ü davam edəcək.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see852

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see575

Bu məktəblərə müəllim qəbulu elan edildi SİYAHI

06 İyun 2026 00:36see395

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see212

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see191

Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

06 İyun 2026 13:20see188

BMT qeyri qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 06:13see177

Bill Qeyts: Gələcəkdə iş həftəsi 2 günə qədər qısalacaq

06 İyun 2026 03:18see172

Ukrayna Azov dənizində Rusiya patrul gəmisinə zərbə endirib

05 İyun 2026 10:46see168

Evdə pişik və ya itlə yatanların diqqətinə!

05 İyun 2026 23:36see164

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

06 İyun 2026 03:17see162

Tramp: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək

06 İyun 2026 02:49see157

Güzgü tarixi 06.06.2026: bu gün nə etməməlisiniz

06 İyun 2026 09:09see155

Bu resepti bilənlər artıq dondurma almır

06 İyun 2026 04:04see155

Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı

06 İyun 2026 08:34see153

50 il sonra vəzifəsindən gedən alim kimdir

06 İyun 2026 05:30see153

Skaloni: “Messi ilə məsləhətləşmədən heç bir qərar qəbul etmirəm”

06 İyun 2026 01:15see152

Kinomuzun öz dili yoxdur

06 İyun 2026 09:20see151

Tomas Frank bu yay işə qayıdıb qayıtmayacağını açıqlayıb

06 İyun 2026 06:06see150

NATO nun beş ölkəsi Latviyada HHM təlimləri keçirib

06 İyun 2026 21:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri