İmamoğludan Ərdoğan paylaşımı: Mübarizə apacağıq, lakin...
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, o, prezidentin anasını təhqir edənləri qınadığını bildirib.
İmamoğlu Ərdoğanın anasına Allahdan rəhmət diləyib:
“Siyasi tariximizin gördüyü ən böyük haqsızlıqlardan biri ilə üz-üzəyəm. 19 martda yaşananlar üçün mübarizə aparacağıq. Amma bunun üçün belə çörək, su və hava kimi mübarək bildiyim analarımızın təhqir edilməsinə ürəyim razı olmaz. Həbsxanada olmağımı fürsət bilib anam və həyat yoldaşımla bağlı əxlaqsız paylaşımlar edən şəxslərlə bağlı prokurorluğu tədbir görməyə çağırıram. Bu iqtidarın bizə etdiyini onlara etməyəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az

