Icma.az
close
up
RU
İmamoğlunun Bakı səfərinə YAPdan REAKSİYA + FOTO

İmamoğlunun Bakı səfərinə YAPdan REAKSİYA + FOTO

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 13-də Türkiyənin İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Bakıya gəlib. Bakıya gəliş səbəbi ilə bağlı İmamoğlu "X" səhifəsində paylaşım edib. "Biz BMT-nin İqlim Dəyişikliyi Konfransı üçün Bakıdayıq. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məqbərəsini və Türk Şəhidlər məzarlığını ziyarət etdik. Sonra biz ekoloji və sosial məsələlərə həsr olunmuş konfransda Braziliya, Yaponiya və Albaniyanın yerli idarəçiləri ilə görüşdük", -deyə İmamoğlu yazıb.

Qeyd edək ki, İmamoğlu Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) tanınmış simalarından biridir.

Məsələ ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Musa Quliyev bildirib ki, Əkrəm İmamoğlunun Bakıya gəlişini normal qarşılanmalıdır.

"Yeni Azərbaycan Partiyası Türkiyənin hakimi Ədalət və İnkişaf Partiyası (AKP) ilə müttəfiqdir. Bizim sıx münasibətlərimiz var. Ona görə də Türkiyədə fəaliyyət göstərən digər partiyalarla YAP-ın belə bir münasibəti yoxdur. Əkrəm İmamoğlunun bu səfəri Bakıda keçirilən dünyanın ən böyük tədbirlərindən biri olan COP29 çərçivəsində olub. İstanbul şəhəri 18 milyona yaxın əhalisi olan böyük meqapolisdir. Şəhərin bələdiyyə başqanının belə tədbirlərdə iştirak etməsi tamamilə normaldır. İstənilən halda Türkiyə ilə Azərbaycan qardaş dövlətdir. Əkrəm İmamoğlu burada siyasi bir fiqur kimi deyil, bələdiyyə sədri kimi qurumunu təmsil edib. Bu, tamamilə normaldır".

M.Quliyev Əkrəm İmamoğlunun səfərinin CHP-YAP əlaqələrinə təsir edib-etməyəcəyindən də danışıb:

"AKP ilə əməkdaşlığımız Türkiyədəki müxalifət partiyalarına soyuq, yaxud qeyri-dost münasibətimizin olduğuna dəlalət etmir. Sadəcə olaraq Yeni Azərbaycan Partiyası Türkiyədəki iqtidar Partiyası ilə daha sıx dostluq, əməkdaşlıq qurub. Yenə deyirəm ki, İmamoğlunun səfəri siyasi və ya partiyalararası deyil. Bu səfər COP tədbirləri çərçivəsində baş tutub. Ona görə də buna biz tam normal yanaşırıq. Bunun AKP ilə münasibətlərin soyumasına, yaxud Cümhuriyyət Xalq Partiyası (CHP) ilə xüsusi əlaqələrin qurulmasına aidiyyəti yoxdur. İstənilən halda Türkiyədəki bütün qüvvələrlə münasibətlərin dostcasına olmasını arzu edə bilərik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri