İmamoğluya qarşı yeni ittiham: “PKK ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Barəsində terror təşkilatına yardım ittihamı irəli sürülən Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı yeni iddialar üzə çıxıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İmamoğlu və komandasının ötən il martın 31-də keçirilən bələdiyyə seçkilərində DEM Partiyasının (keçmiş HDP) dəstəyini qazanmaq üçün PKK terror təşkilatının Avropa qanadına ümumilikdə 100 milyon dollar rüşvət verdiyi iddia olunur.
“İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun “Şəhər Barışığı” adı altında PKK/KCK terror təşkilatına 100 milyon dollardan çox pul köçürdüyü istintaq dosyesinə daxil edilib. Xaricdəki gizli əlaqələr, görüşlər bir-bir qeydə alınıb. CHP və DEM arasında gedən pərdəarxası danışıqların bütün təfərrüatları - adlar, yerlər və pul axını ilə birlikdə üzə çıxıb”, - məlumatda deyilir.
Dosyedə son bələdiyyə seçkilərində keçmiş HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın həyat yoldaşı Başak Dəmirtaşa namizədliyini geri götürməsi üçün 20 milyon dollar verildiyi də bildirilir.
PKK/KCK-DEM və İmamoğlu arasındakı anlaşmaların keçmiş HDP-nin həmsədri Azad Barış və Şişli bələdiyyə sədri Rəsul Emrah Şahan vasitəsilə əldə olunduğu qeyd edilir./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















