Icma.az
close
up
RU
İmani Barkeri: “Xal itkisinə səbəb olan səhvləri aradan qaldırmalıyıq”

İmani Barkeri: “Xal itkisinə səbəb olan səhvləri aradan qaldırmalıyıq”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu görüşdə qalib gəlməsək də, həm fərdi, həm də komanda şəklində müəyyən yaxşı şeylər göstərməyi bacardıq”.

Bunu “Karvan-Yevlax”ın fransalı müdafiəçisi İmani Barkeri futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– “Araz-Naxçıvan” ilə səfər matçına yaxşı başlayaraq qol vursanız da, hesabdakı üstünlüyü sonadək saxlaya bilmədiniz. Komandanızın sərgilədiyi oyunu və qeydə alınan nəticəni (1:2) necə şərh edərdiniz?

– Bu görüşdə qalib gəlməsək də, həm fərdi, həm də komanda şəklində müəyyən yaxşı şeylər göstərməyi bacardıq. Bu, çempionatda istənilən güclü komandaya qarşı təkrarlamalı olduğumuz məqamlardır. Göstərdiyimiz oyun sübut edir ki, biz hər bir komandaya qarşı rəqabət apara bilərik və davamlı nəticələr əldə etmək üçün çox çalışmağa davam etməliyik. Təbii ki, mən də komanda yoldaşlarım kimi məyusam, amma biz oyunumuzun müsbət tərəflərinə fokuslanmaq və bunları növbəti qarşılaşmada təkrarlamağa çalışmaq istəyirik.

– Son matçlarda hesabı açan tərəf olsanız da, sonda meydanı məğlub tərk edirsiniz. Sanki ilk qolu vurmaq “Karvan-Yevlax”a uğur gətirmir. Bu barədə nə deyə bilərsiniz?

– Son oyunlarda ya fərdi, ya da kollektiv səylər sayəsində hesabı açmağı bacarırıq. Bu da qarşıdakı matçlarda qoruyub saxlamalı olduğumuz müsbət cəhətdir. Futbol səhvlər oyunudur və adətən az səhv edən komanda qalib gəlir. Biz son görüşlərdə erkən qol vurmağı bacarsaq da, təəssüf ki, yekun nəticə xeyrimizə olmayıb. Həm fərdi, həm də komanda halında işləməyə davam etməli, eyni zamanda, oyunun sonunda xal itkisinə səbəb olan kiçik səhvləri aradan qaldırmalıyıq.

– Çempionatın ilk dövrəsi bitdi və “Karvan-Yevlax” 11 turdan sonra 11-ci yerdədir, komandanın aktivində cəmi 1 qələbə var. Yəqin ki, bu performans sizin ürəyinizcə deyil. Daha yaxşı çıxış etməyinizə nə mane oldu?

– Doğrudur, çempionatın ilk dövrəsini cəmi bir qələbə ilə 11-ci yerdə başa çatdırdıq. Amma necə deyərlər, “ayı tutmadan dərisini satmazlar”. Buna görə də biz yenidən bir araya gələcək, daha güclü qayıdacaq, çox çalışacaq və itirdiyimiz xalları bərpa etmək üçün növbəti oyunlara fokuslanacağıq.

– Liqada yaranmış fasilə “Karvan-Yevlax”a necə təsir edəcək? Fasilədən daha yaxşı vəziyyətdə qayıda biləcəksiniz?

– Fasilə çox vacib rol oynayır. Çünki dincəlmək, ailə ilə vaxt keçirmək və futboldan başqa şeylər də düşünmək bizə çox xeyir verəcək. Bu, mövsümün qalan hissəsi üçün bizi güc və enerji ilə dolduracaq.

– Fasilədən sonra ilk oyunu “Kəpəz”ə qarşı keçirəcəksiniz. Bu matçda qələbə qazanmaq mümkün olacaqmı?

– Bəli, fasilədən sonra ilk oyunumuz əsas rəqiblərimizdən birinə qarşı olacaq. Amma həm mən, həm də bütün komanda bu oyunda qalib gələcəyimizə əminik. Bunu bir dəfə etmişik, niyə ikinci dəfə etməyək ki?! Sadəcə, qol buraxmamağa diqqət etməliyik.

– Azərbaycan çempionatında ən çox bəyəndiyiniz, onlara qarşı oynayanda çətinlik çəkdiyiniz futbolçular hansılardır?

– Xüsusi olaraq heyran olduğum futbolçu yoxdur, çünki hər bir oyunçunun öz üstün və zəif cəhətləri var. Onların hər birindən öyrənmək faydalıdır. Əgər oynamağın çətin olduğu futbolçulardan danışsaq, bir neçəsini qeyd edə bilərəm. “Zirə” və “Sabah”dan Mikels qardaşlarını, “Araz-Naxçıvan”dan Hamidu Keytanı və “Sumqayıt”dan Ronaldonu vurğulamalıyam. Dediklərimin hər biri çox keyfiyyətli futbolçudur və onlara qarşı oynayarkən daim diqqətli və ayıq olmaq lazımdır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri