IMF Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
“APA-Economics” xəbər verir ki, Fond 2025-ci il üzrə real ÜDM-in artımını 3%, 2026-cı il üzrə 2,5% müəyyən edib. Bu isə Fondun əvvəlki proqnozu ilə müqayisədə 0,5% bəndi azdır.
Beynəlxalq Valyuta Fondunun əvvəlki 2025-2026-cı illər üçün iqtisadi artım proqnozu müvafiq olaraq 3,5 % və 2,5 % təşkil edib.
İMF həmçinin hesab edir ki, ölkədə iqtisadi artım 2030-cu ildə də 2,5% civarında olacaq.
Qeyd edək ki, bu korrektələrdən sonra xarici maliyyə institutları arasında ən pozitiv iqtisadi artım proqnozudur.

IMF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb
30 İyul 2025 13:15
ING Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
12 May 2025 11:18
“Trading Economics” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
06 Yanvar 2025 16:27
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
18 Yanvar 2025 07:33
Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
19 Fevral 2025 16:05

