IMF: Ticarət gərginlikləri Orta Dəhliz ölkələrinin ixracına ciddi təsir etməyib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"2025-ci ildə ticarət gərginlikləri Orta Dəhliz ölkələrinin ixracına ciddi təsir göstərməyib".
"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondundan (IMF-BVF) bildirilib.
Qeyd edilib ki, ticarət mübahisələri və regional gərginliklərə baxmayaraq, 2025-ci ildə Orta Dəhliz ölkələrinin (Qafqaz və Mərkəzi Asiya regionu – CCA) xarici ticarəti ümumilikdə sabit qalıb.
IMF-in məlumatına əsasən, 2025-ci ilin yanvar–may aylarında MENAP (Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan) və CCA regionundakı inkişaf etməkdə olan və orta gəlirli ölkələrin mal ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8% artıb. Bu artım əsasən Çin və Avropa İttifaqı ilə ticarət əlaqələrinin davam etməsi, həmçinin regiondaxili ticarətin genişlənməsi hesabına təmin olunub.
Hesabatda qeyd olunur ki, neft idxalçısı olan CCA ölkələrində (Qırğızıstan, Ermənistan, Gürcüstan və b.) ixracın dəyəri kəskin artıb, bu da əsasən Rusiyaya yönləndilən ticarət axınlarının davam etməsi ilə bağlıdır.
Bununla yanaşı, CCA-in neft ixrac edən ölkələrində (o cümlədən Azərbaycan) ümumi ixracın dəyəri ötən ilə nisbətən neft qiymətlərinin aşağı düşməsi səbəbindən azalıb, lakin neftdənkənar ixrac dayanıqlı qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















