“İmişli” birinci liqanın ən məhsuldar futbolçunu aldı
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
MOİK-in fubolçusu Seyxan Fərəcov karyerasını “İmişli”də davam etdirəcək.
Bu barədə “Football-plus.az”a Seyxan özü məlumat verib. O, açıqlamasında “pələnglər”lə ikiillik müqaviləyə qol çəkdiyini dilə gətirib.
Xatırladaq ki, Seyxan hələ bu ilin yanvarında Aran təmsilçisindən təklif almışdı. Hücumçu o vaxt klubunu dəyişmək arzusunda olsa da, “hərbçilər” ona ehtiyac duyduqlarını söyləmiş, müddəti mövsümün sonunda başa çatacaq müqaviləyə xitam verməmişdi.
Seyxanın MOİK-dən əvvəlki klubunun da “İmişli” olduğunu bildirək. Bununla belə, “Şəfa”dan da təklif alan oyunçu əslən olduğu bölgənin təmsilçisinin şərəfini qorumağa üstünlük verib.
Xatırladaq ki, Seyxan 1-ci liqada 2025/26 mövsümünün bombardiridi. O, bu uğura 18 qolla imza atıb.
Futbolçunun “İmişli” ilə müqaviləsi iyunun 1-dən qüvvəyə minəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 May 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















