Icma.az
close
up
RU
İmişli İcra Hakimiyyətindən deputa Razi Nurullayevə hörmətsizlik

İmişli İcra Hakimiyyətindən deputa Razi Nurullayevə hörmətsizlik

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Dünən İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən “Peşəfest” tədbirinə qatıldım və ciddi hörmətsizlik gördüm. Tədbirin əsas təşkilatçısı Dövlət Məşğulluq Agentliyi idi. Yer çox darısqal və keçilməz olsa da normal təşkil olunmuşdu. Məni israrla dəvət etmişdilər. Hələ ki, icra hakimiyyəti və Məşğulluq Agentliyi ayırd edə bilmir ki, məni kim dəvət etmişdi. Yeri gələndə heç, kimin dəvət etdiyinin dəxli də yoxdur. Deputat fiziki olaraq gözünüzün önündədir, sizə başqa nə lazım idi?
Mən bunu özümə qarşı yox, öz timsalımda dövlətin ali orqanına qarşı hörmətsizlik kimi qəbul edirəm. Sevdiyim rayonuma getdim, xəstələrə baş çəkdim, yas məclislərində oldum, evləri ziyarət etdim, seçicilərimlə qaynayıb-qarışdım. Amma unudulmaz hörmətsizliyiniz mənə yox, sizlərə söz gətirəcək və təəssüf ki, mənim də yaddaşımda qalacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə deputat Razi Nurullayev şəxsi Feysbuk səhifəsində yazıb. O bildirib ki, onu görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşüb və tədbir başlamazdan öncə onu bir neçə stendlə də tanış ediblər:

“Ümumiyyətlə, bir çox dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl təşkilatlar deputatı israrla dəvət edirlər, sonra isə nə protokol gözləyirlər, nə diqqət göstərirlər, nə də qabiliyyətlə qəbul edə bilərlər. Şəxsən mənim buna ehtiyacım yoxdur, çünki iştirakçıların, qonaqların hörmətini hər zaman görürük və bu şəxsən mənə kifayətdir.

Söhbət deputatın timsalında Milli Məclisə qoyduğunuz hörmətdən gedir. Mənim xoşum gəlməyən məmurlar da var, içərisində fəaliyyətindən narazı qaldığım yüksək post tutanlar da var, amma mən onlara böyük hörmətlə yanaşıram. Protokolu da gözləyirəm və lazımi diqqəti də göstərirəm. Çünki onlar dövləti təmsil edirlər. Mən dövlətimə hörmət və izzətlə yanaşıram”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri