“İmişli” ilə bağlı qayğılarımız özünü doğrultdu” Rəşad Sadıqov
Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının 6-cı turunda keçirilən “İmişli” – “Zirə” qarşılaşması (1:1) başa çatdıqdan sonra paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunu bu sözlərlə dəyərləndirib:
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Oyun bizim üçün çox yaxşı başladı. Standart vəziyyətdən qol buraxdıq. Daha sonra oyun sistemimiz pozuldu. İkinci hissədə yaxşı çıxış etdik, hücumlar qururduq. Və standart vəziyyətdən fərqləndik. Mümükün şəraiti nəzərə alaraq, futbolçularımın göstərdiyi əzmkarlığa görə minnətdaram.
Yağışa görə oyundan qabaq bildirirdim ki, meydança sulanmasın. Çünki elə olanda daha çox sürüşkən olur. Ona görə də, çox şikayətlənmək istəmirəm. Bundan sonra da burada oyunlar olacaq. Heç bir halda “İmişli”nin uğurlarına kölgə salmaq istəmirəm, çempionata çox yaxşı başlayıblar. Oyunun gedişatını nəzərə alsaq, “İmişli” ilə bağlı qayğılarımız da özünü doğrultdu”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Sentyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















