Icma.az
close
up
RU
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı

“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“İmişli”nin yaşı az olsa da, artıq müxtəlif təşəbbüslərlə ölkə futbolunda səs-küy yaratmağı bacarıb.

Aran təmsilçisi iyunun 5-də saytında və sosial şəbəkə hesablarında daha bir müsabiqə keçirəcəyini elan etdi. Hər il iyulun 22-də qeyd olunan Milli Mətbuat Günü ilə bağlı keçirilən müsabiqə “Qələmlə Meydana” adlanır. “Pələnglər”in müsabiqəsində jurnalistlər və bu sahəyə marağı olan hər kəs - o cümlədən tələbələr, blogerlər, podkasterlər, müəllimlər, televiziya və radio əməkdaşları iştirak edə bilər. 5 nominasiya - mövsümün yazısı, video süjeti/reportajı, bloqu, podkastı və 2025/26 mövsümünün futbol üzrə jurnalisti - uğrunda ciddi rəqabət gözlənilir.
Qalibləri diplom və pul mükafatı gözləyir. 1-ci yeri tutan 700, 2-ci yeri tutan 500, 3-cü yeri tutan 300 manat qazanacaq. Baş nominasiyalar üzrə isə bu məbləğ 1000, 700, 500 olaraq dəyişir. İştirak etmək istəyən hər kəs iyulun 6-na qədər ilk növbədə klubun rəsmi saytında dərc olunan elanda yer alan müraciət formasını doldurmalı, daha sonra müsabiqə materialını elektron qaydada [email protected] ünvanına təqdim etməlidilər.
Sonuncu nominasiya – ilin idman jurnalisti – bu sahədə çalışanlar arasında birmənalı qarşılanmayıb. Həmkarlarımız brlə hesab edir ki, futbol klubunun ilin idman jurnalistini seçməsi yaxşı təşəbbüs deyil, bununla Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və ya media üzrə ixtisaslaşan başqa qurumlar məşğul olmalıdı. Həmçinin lazımi infrastrukturu olmayan, ev oyunlarını başqa yerlərdə keçirən klubu belə təşəbbüsə baş vurmaqda qınayanlar da var.
Birmənalı qarşılanmayan müsabiqə elanı ilə bağlı “İmişli”nin mətbuat katibi Leyla Behbudlu ilə əlaqə saxladıq:

“Bu tipdə müsabiqə keçirməyi düşünürdük. Qarşıdan gələn Milli Mətbuat Günü ilə bağlı rəhbərlik ümumi, ortaq qərar verib. Həmkarların belə düşünməsinə gəlincə, bu, onların şəxsi fikridi. Hər birini hörmətlə qarşılayırıq. Müsabiqədə iştirak könüllüdü. Kim istəyirsə, qatıla bilər. Müsabiqə tam şəffaf şəkildə keçiriləcək. Toplanılan bütün müsahibələr, yazılar, materiallar münsiflər heyətinə təqdim olunacaq. Onlar qiymətləndirmə aparacaq. Stadionun olmaması klubun fəaliyyətinə təsir etmir. Stadion yoxdusa, bu sosial fəaliyyətlərin olmamasına səbəb deyil. Komandanın işi təkcə bundan ibarət deyil. Təbii ki, bu yöndə danışıqlar aparılır. Arxa planda işlər gedir. Klubda bu qədər insan çalışır. İctimai təşəbbüslər irəli sürmək qanunsuz deyil. Çağırış edirəm ki, həmkarlarımız qatılsın. Müsabiqə tam şəffaf şəkildə keçiriləcək. Biz maliyyə tərəfindən çıxış edəcəyik. Qiymətləndirmə münsiflər heyəto tərəfindən aparılacaq. Heç kim yanlış fikrə qapılmasın ki, klub özünə yaxın olan jurnalistləri dəyərləndirəcək. Qətiyyən belə şey ola bilməz. “İmişli”nin heç bir media qurumu ilə əməkdaşlığı yoxdu. Sponsorluq müqaviləmiz də yoxdu. Kiminsə bunu deməsi absurd fikirdi. İstəyən qatıla bilər. Bu şəxsi seçimdi. Hər kəsə uğurlar arzulayıram. Son müraciət tarixi iyulun 6-dı. Müvafiq şərtlər ilə imişlipfk.com saytında tanış ola bilərsiz. Beş nominasiyadan dördü müraciət tələb edir. Son müsabiqə ilin idman jurnalisti ilə bağlıdı və qalib sorğu əsasında müəyyənləşəcək. Qalibləri 12 premyer-liqa klubunun hər birinin baş məşqçisi, mətbuat katibi, kapitanı, AFFA, PFL və Futbol Veteranları İttifaqının sədri tərəfindən müəyyənləşəcək. Yazılı və video materiallar Azərbaycan futbolunun tarixi, regionlarda futbolun inkişafı, uşaq və gənclər futbolu, qadın futbolu, inklüziv futbol mühiti, eləcə də U-20-lər arasınds dünya çempionatı kimi mövzuları əhatə etməlidi. Bloq və podkast nominasiyalarında isə mövzu məhdudiyyəti yoxdu. Mövsümün yazısı dedikdə biz “İmişli”nin təriflənməsini nəzərdə tutmuruq, yazılar dediyim mövzuları əhatə etməlidi. Sırf “İmişli” ilə bağlı olmalı deyil. Kim istəsə məqalə, müsahibə, esse yaza bilər. Qatılacaq hər kəsə uğurlar arzulayıram”.


İSRAYIL XEYRULLAYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri