İmişli nin futbolçusu: “Neftçi” ilə oyundan sonra bəlkə də hamı düşünürdü ki...
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Çox gərgin oyun idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi, çünki bu oyun turnir cədvəlinə ciddi təsir edirdi". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"min futbolçusu İdris İnqilablı deyib.
24 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 27-ci "Qəbələ" üzərindəki qələbəsini şərh edib:
"6 xallıq qarşılaşma idi. "Neftçi" ilə oyundan sonra bəlkə də hamı düşünürdü ki, yaxşı olmayacaq, amma biz toparlanıb xarakter göstərdik, "Turan Tovuz"dan 1 xal aldıq və "Qəbələ"ni məğlub etdik. "Qəbələ" mənim uşaqlıq komandamdır. Orda olduğum hər il mənim üçün gözəl keçib. Qəbələ şəhərinə futbol çox yaraşır. İnşallah, bu komandanı daha yüksək yerlərdə görərik. Növbəti turdakı rəqibimiz "Kəpəz"ə gəlincə, mən orda 6 ay oynamışam. Bu komanda mənə doğmadır. Amma hazırda "İmişli"nin formasını geyinirəm və istəyirəm ki, komandam qalib gəlsin. Mövsümün sonunda müqaviləm bitir. Rəhbərliklə danışacağıq. Ümumilikdə isə komanda ilə münasibətim çox yaxşıdır, hər şey qaydasındadır".
Qeyd edək ki, "Qəbələ" - "İmişli" matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Baxış sayı:157
Bu xəbər 14 Aprel 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















